Ana səhifə
16 Noyabr 2018

Arda Turan üsyan etdi: Adam olun, qansizlar

Atletiko Madriddə forma geyən Türkiyənin milli futbolçusu Arda Turan, Çərşənbə axşamı Kadıköydə Braziliya ilə oyunda 4-0 məğlub olduqları oyun sonrasında iştirak etdiyi mükafat mərasimi ilə əlaqədar bu gün bəzi qəzetlərdə haqqında çıxan xəbərlərə sərt reaksiya göstərib.

 

 "ADAM OLUN, QANSIZLAR"

 

"Gq Türkiyə Men of the Year 2014" mükafat mərasiminə qatılan Arda Turan, iddia edildiyi kimi qızlarla parti etmədiyini qeyd edərkən, reaksiyasını sərt bir dillə ifadə edib. Arda Turan, "instagram" hesabından etdiyi yazılı bəyanatla bu ifadələri işlədib;

 

"BU GÜN QƏZETLƏRƏ GÖRƏ QIZLARLA İŞTİRAK ETDİYİM PARTİ... HƏYATLARI QUL HAQQI YEYƏRƏK KEÇƏN QANSIZLAR ADAM OLUN... MUS--MUSU BURAXIN! XƏBƏRİ YAZDIĞINIZ ZAMAN AŞAĞISINA XƏBƏRİ YAZANIN  ADINI QOYUN. MƏŞQÇİMDƏN İCAZƏLİ MÜKAFATIMI ALMAĞA GETDİM. VƏ GERİ QAYITDIM".

 

 

Ucnoqta.az-ın məlumatına görə, HABERTÜRK-un verdiyi xəbərdə; "Arda Turan, gecəyə, 4-0 məğlub olduqları Braziliya qarşılaşmasından sonra qoşulub. Milli formasını çıxarıb smokinqini geyinən ulduz futbolçu, oteldə təşkil olunan “after partyde” özü adına mükafatı alan qardaşı Okan Turan və qız yoldaşları istirahətə getmiş" şəklində iddialar yer almışdı.

Tarix
15 Noyabr 2014 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin