Ötən il Azərbaycanda məişət zorakılığı nəticəsində 51 nəfər ölüb

2016-cı ildə qeydə alınmış 897 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, onların da 9,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adamöldürmə və adamöldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.
Qəsdən adamöldürmə və adamöldürməyə cəhd cinayətlərində 11,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15,8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub.
Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18,6 faiz artaraq 51 nəfər olub.apa

Tarix
17 Fevral [17:08]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

İT Step Academydə From Zero to Ceo Konfransı baş tutacaq

Serbiya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

2 qardaşın yerinə qəbul imtahanı verən tələbə məktəbdən xaric olunacaq

eManat-da ödənişlərin qəbulu bərpa olunub

Çin Xalq Respublikasının Sədri prezident İlham Əliyevə məktub ünvanlayıb

Qaxda su kanalının sahilindən silah-sursat tapılıb

Lapşinin istintaqı yekunlaşdı

Cəlilabad sakinindən 240 ədəd saxta 100 manatlıqlar aşkar edilib

Respublika Gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.