Ana səhifə
27 İyul 2017

“Xocalıya Ədalət” Kampaniyasına dəstək fəaliyyətləri təşkil olunacaq

Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması məqsədilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində bir sıra faəliyyətlər həyata keçirəcək.
24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkə başçısı Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etməsini qərara almışdır.

Bunu nəzərə alaraq, Milli Şura, Gənclər və İdman Nazirliyi və Prezident yanında Gənclər Fondu 20-26 fevral 2017-ci il tarixlərini əhatə edəcək və Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək məqsədi ilə silsilə fəaliyyətlərə start verib. Fəaliyyətlərin məqsədi Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılmasını və gənclərin “Xocalıya Ədalət” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin etməkdir.
Kampaniyaya qoşulmaq və dəstək olmaq üçün khojaly.nayora.az saytına daxil olub, müvafiq onlayn fəaliyyətlərlə bağlı detallı məlumat ala və fəaliyyətlərə dəstək ola bilərsiniz.
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və  digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.    
Qeyd edək ki, Milli Şura “Xocalıya Ədalət” kampaniyasının tərəfdaşıdır və sosial şəbəkələrdə gənclərin məlumatlılığının artırılması istiqamətində geniş təcrübəyə malikdir. Belə ki, artıq bir neçə ildir ki fəaliyyət göstərən “XƏTDƏ” Proqramı – Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkəsində Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər Milli Şura “Avroviziya 2012” Mahnı Yarışması, “Bakı 2015” Avropa Oyunları, 2013-cü il Prezident Seçkiləri, 2016-cı il Aprel Döyüşləri, 2016-cı il Ümümxalq Səsverməsi ərəfəsində sosial şəbəkələrdə fəaliyyətləri əhatə ədən uğurlu genişmiqyaslı kampaniyalar həyata keçirib. 

Tarix
17 Fevral 2017 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ