Goranboyda 3 otaqlı ev yanıb

16:30 - 17 Fevral 2017 - HADİSƏ

Bu gün Goranboy rayonu, Goranlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqaladə Hallar Nazirliyinin saytında verilmiş xəbərə görə, yaxınlıqdakı evlər yanğından mühafizə edilib. Yanğın saat 14:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.   

Xəbər xətti