Bakıda maşınını evakuator aparan sürücüdən təhlükəli hərəkət – VİDEO

Fevralın 14-də Bakıda avtomobili evakuatorla cərimə meydançasına aparılan sürücü qeyri-adi hərəkət edib. Baş verənlər isə Avtosfer.az-ın kamerasına tuş gəlib. «Mercedes» markalı, 99-EO-657 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mustafa Sübhi küçəsi ilə Fuad İbrahimbəyov küçəsinin kəşişməsində dayanma-durma qaydasını pozduğuna görə onun avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin «Siqnal» İdarəsinə məxsus 90-JM-007 qeydiyyat nişanlı evakuatora yüklənərək duracağa aparılıb. Mağazadan çıxıb avtomobilinin duracağa aparıldığını görən sürücü isə xeyli məsafəni qaçaraq maşına çata bilib. O, İnşaatçılar prospektində evakuatorun dayanmasını fürsət hesab edərək onun üstünə çıxıb və öz avtomobilinə əyləşib. Evakuatorun sürücüsü bunu görsə də, səhlənkarlıq edib və hərəkəti davam etdirib. Burada qanunvericiliyin tələbi kobud şəkildə pozulub. Çünki evakuatorun sürücüsünün hərəkətə başlaması digər şəxsin evakuatordan yıxılmasına səbəb ola bilərib. Bu əməlinə görə evakuator sürücüsünü yükdaşıma qaydalarını pozduğu üçün 40 manat cərimə gözləyir.

Tarix
17 Fevral [13:49]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Prezident İlham Əliyev: "Bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir"

Əli İnsanova hökm oxunub

Ramil Usubov Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanını qəbul edib

Bu yollarda cizgilənmə işləri aparılacaq

Qarabağa gedən yol- VİDEO

İt toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu

895 min manatdan artıq vəsaitin büdcədən yayındırılmasının qarşısı alınıb

Bakıya yeni prokuror təyin olunub

2017-04-26 12:41:10

Prezident Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

60 yaşında 5-ci dəfə evlənən azərbaycanlı polkovnik: "Xoşbəxtəm..." - FOTO

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.