BNA: "Sərnişin avtobuslarnın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib"

Səhər saatlarında paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, müvafiq qurumların həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində artıq əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarnın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
Səhər saatlarında müxtəlif marşrut xətləri üzrə sərnişin avtobuslarının intervallarında gecikmələr müşahidə edilib ki, bu da meteoroloji amillər səbəbindən yollarda hərəkətin təhlükəli olması ilə bağlı olub. Hazırda isə yollardakı mövcud çətinliklər aradan qaldırılıb.
Qeyd edək ki, bu gün Bakı şəhərində sərnişinlərə xidmət göstərilməsi üçün marşrut xətləri üzrə 1888 avtobus reysə buraxılıb. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları GPS sisteminin imkanlarından istifadə etməklə reysə çıxan bütün avtobuslara nəzarəti daha da gücləndirib. BNA daşıyıcılarla əlaqəli gücləndirilmiş iş rejimində çalışır. Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslərə nəqliyyat vasitələrini ciddi səbəb olmadan reysdən çıxarmamaq və gecə saatlarınadək xidmət göstərilməsi ilə bağlı tapşırıq verilib.

Tarix
17 Fevral [13:45]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Prezident İlham Əliyev: "Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik"

Azərbaycan İrana etiraz məktubu göndərib

Bakıda arvadının üzünə "kislota" tökdürən şəxsin məhkəməsi keçirilib

Qanunsuz silah-sursat müsadirə olunub

Gürcüstandan Ermənistana "İqla" kompleksi keçirilməsi ilə bağlı daha 1 nəfər saxlanılıb

Ölkəyə qanunsuz gətirilən xeyli miqdarda dərman vasitəsi müsadirə olunub

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan tələbələrin hamısı evə buraxılıb

Hadisə nəticəsində 6 tələbə dünyasını dəyişib

Ötən gün dənizdə batan şəxsin axtarışları davam etdirilir

FHN hadisə ilə bağlı məlumat yayıb

Xəbərdarlıq: Bu gündən bu ərazilərdə avtomobil saxlamayın

FİDE prezidenti postundan istefa verib

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.