Quba-Xınalıq yolunda qar uçqunu: 8 kəndlə əlaqə kəsilib

13:26 - 17 Fevral 2017 - ÖLKƏ İÇİ

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub. APA-nın verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib.Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. 
“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

Xəbər xətti