Azəravtoyol” gecə boyu gücləndirilmiş iş rejimində çalışıb

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq  “Azəravtoyol” ASC gecə boyu gücləndirilmiş iş rejimində çalışıb. “Azəravtoyol”dan verilən məlumata görə, ASC-nin əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.
“Azəravtoyol” ASC-ə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb. Cəmiyyət tərəfindən  aparılan qabaqlayıcı tədbirlərin nəticəsində qısa müddət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda “Azəravtoyl” ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır.
Yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində görülən işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar: Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də  bu cür hazırlıqsız sürücülərin yollara çıxmaları tövsiyə edilmir.

Tarix
17 Fevral [13:18]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Vəkillər Binəqədidə yanan binaya görə həbs edilən şəxslərə bəraət istədi

Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşib

Tramp administrasiyası Azərbaycana maliyyə yardımını 90 faiz azaldır

"Aztelekom": "Tariflərin azaldılması gözlənilir"

“İdeyanı biznesə çevir – gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması”

Keçmiş nazir yeni vəzifəyə təyin olunub

Din xadimlərinə mükafat və medallar təqdim edilib

QMİ sədrindən dindarlara QADAĞA

Qafqaz Müsəlmanlar İdarəsi Qazilər Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.