Nazir: "Azərbaycan, Türkiyə və Gürcüstanın icra etdiyi layihələr vaxtında başa çatdırılacaq"

"Azərbaycan xalqı və rəhbərliyi ötən ilin iyul ayının 15-də Türkiyədə baş verən çevriliş cəhdini kəskin pisləyir və qardaş ölkənin xalqı tərəfindən seçilmiş iqtidarını qeyd-şərtsiz dəstəkləyir". APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu İstanbulda keçirilən V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı yüksək səviyyəli əməkdaşlıq ilk növbədə sabitliyə əsaslanır: "Türkiyə bu gün yaşayır, inkişaf edir və öz dostlarını sevindirir. Əməkdaşlığımızın  arxasında ölkə rəhbərlərinin siyasi iradəsi dayanır. Tarixən formalaşan dostluq və qardaşlıq münasibətləri ölkələrimizi daha da yaxınlaşdırır".
Ş. Mustafayev qeyd edin ki, Azərbaycan Türkiyə iqtisadiyyatının ən iri investorlarından biridir. Bu xüsusda nazir SOCAR-ın rolunu yüksək qiymətləndirib: "Təkcə SOCAR-ın qardaş ölkəyə investisiyalarının həcmi 2020-ci ilə qədər 17 milyard dollara çatacaq".
Türkiyə və Gürcüstan şirkətlərinin Azərbaycana yatırdığı investisiyalar barədə məlumat verən Ş. Mustafayev bildirib ki, ötən il Gürcüstan və Azərbaycandan keçərək Orta Asiyaya gedən türk yük maşınlarının sayının ikiqat artıb.
Nazir həmçinin Bakı-Tbilisi-Qars layihəsinin icrasına da toxunub. Onun sözlərinə görə, layihənin icrası bu ilin sonunadək başa çatdırılacaq. "Qars dəmir yolunun Naxçıvana qədər uzadılacaq. Azərbaycan torpaqlarını işğal edən Ermənistan isə bu cür layihələrdən təcrid olunub. TANAP və digər nəhəng layihələrin icrası vaxtında başa çatdırılacaq", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollarlıq investisiya yatırıb.
Onun sözlərinə görə, forumda 50-yə yaxın azərbaycanlı iş adamı iştirak edir: "Şübhəsiz, bu forum əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verəcək. Azərbaycan prezidenti İlham Əliyev bu foruma böyük əhəmiyyət verir", - deyə nazir bildirib.
Çıxışının sonunda Ş. Mustafayev qeyd edib ki, növbəti forum Azərbaycanda keçiriləcək və tədbirdə iştirak edən rəsmi şəxsləri və iş adamlarını orada iştirak etməyə dəvət edib.

Tarix
17 Fevral [13:17]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

Türkiyə ilə Azərbaycan gömrük sahəsində birgə komitə yaradır

OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir

OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir

“Azərsun Holdinq” çay yığımına start verdi - FOTO

“Azərsun Holdinq” çay yığımına start verdi

Gəlin avtomobillərinin qiyməti ucuzlaşıb – QİYMƏT + FOTO

"Qiymətlər məsafədən asılı olaraq dəyişir"

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

FED-dən dollarla bağlı xəbər gözlənilir

Dolların mayın 22-nə olan rəsmi məzənnəsi açıqlanıb

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

Bakıda Qətər Əmirliyi ilə investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.