Bakının əksər küçələrində sıxlıq yarandı: sərnişin avtobuslarının hərəkəti çətinləşib - FOTO

12:07 - 17 Fevral 2017 - ÖLKƏ İÇİ

Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar əksər küçə və prospektlərdə, o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektləri, Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb. "BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır. Bundan başqa, Heydər Əliyev prospekti-Hava limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi-Hava limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə maksimal sürət həddi 40 km/saat endirilib. Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmaları və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik", - deyə BNA-nın xəbərində qeyd edilib.


Xəbər xətti