Travmatologiya və Ortopediya İnstitutuna yıxılaraq travma alan 7 nəfər gətirilib

Bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq travma alan 7 nəfər gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a institutun direktoru, Azərbaycanın baş travmatoloqu Vaqif Verdiyev məlumat verib.

V.Verdiyev xəsarət alanlardan üçündə mil sümüyünün tipik yerdən sınığı, digər üçündə əzilmə, bir nəfərində isə yüngül travma qeydə alınıb: “Müraciətlərin ikisi Yasamal rayonu ərazisindən olub”.

O, həmçinin qeyd edib ki, instituta gün ərzində gətiriləcək xəstələrin sayında artım olacağı istisna edilmir.

Baş travmatoloq bu cür havalarda əhalini daha da ehtiyatlı olmağa çağırıb. O, insanlara bu cür havada yolu yalnız işıqfor olan ərazilərdən keçməyi məsləhət görüb: “Yaşlılar isə belə havada evdən çölə çıxmasa yaxşıdır. Bundan başqa, yeraltı piyada keçidlərindən istifadə məqsədəuyğundur. Yaxud da yolu keçən zaman ətrafdakıların köməyindən istifadə etmək lazımdır”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə açıqlamasında deyib ki, hələlik qarlı hava şəraiti ilə əlaqədər onlara müraciət daxil olmayıb.

Tarix
17 Fevral [12:02]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bakıda 22 yaşlı gənc ağzından bıçaqlanıb

Bakıda minik avtomobili qəzaya uğrayıb

Kişi fahişə yanına getdi, orda öz arvadını gördü

Davaya polislər qarışdı

Qızına 10 minlik cehiz aldı - 9 il cəza verildi

Qızına 10 minlik cehiz aldı

Bakıda 26 yaşlı oğlan damarlarını doğradı

Məktəblinin başı avtobusun qapılarının arasında qaldı - Bakıda

“Bu faktla bağlı polisə müraciət edəcəyik. Həmin sürücünün günahı varsa, barəsində ciddi tədbir görüləcək”

Qırıcı təyyarə qəza düşdü - Pilotlar axtarılır

Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil

Ağdaş-Qəbələ yolunda “VAZ 2107” və “VAZ 21099” ilə toqquşub: 7 nəfər ağır xəsarət alıb

Qubada müəllim damarlarını kəsib - FOTO

Bakıda “BMW” 4 piyadanı vurdu: ölən və yaralananlar var

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.