Müşahidə edilən hava şəraiti ilə əlaqədar dəmir yolundan istifadə edənlərin sayı artıb

Azərbaycanda müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi gücləndirilmiş iş rejimində çalışır. Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan verilən məlumata görə, hava şəraiti ilə əlaqədar sürət həddi azaldıldığından qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alnmayıb.

"Bu günlərdə sərnişinlər dəmir yolundan istifadəyə üstünlük verirlər. Bununla bağlı gün ərzində ölkədaxili işləyən sərnişin qatarlarında 1 000 nəfərdən çox artım müşahidə olunur. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir. Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib", - deyə S. Qədirova əlavə edib.

Qeyd edək ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə, yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir.

"Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır", - deyə S.Qədirova qeyd edib.

Tarix
17 Fevral [11:48]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Badamdarda qanunsuz tikililərin söküntüsünə başlanıldı

ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb

“Şərq” bazarı söküləcək

“Şərq” bazarı söküləcək

IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

Saatlı rayonunda quruculuq işlərinə 6,8 milyon manat ayrıldı

22 yaşlı qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATLARI

MN: Ermənistanın silahlı bölmələri atəşkəsi 134 dəfə pozub

Bu axşam Bakıda “Oyunlar zolağı”nın çəkilişinə başlanılır

BNA: "Sərnişindaşıma sistemi plansız şəkildə qurulub"

Xocalı soyqırımı ilə bağlı petisiya hazırlanıb

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.