Elmar Məmmədyarov Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb. "Report" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub.

Tarix
17 Fevral [11:45]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Hazırda 16 növ arayışı elektron qaydada əldə etmək olur

Sərhədçilər külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısını alıblar

MN: Ermənistanın silahlı bölmələri atəşkəsi 113 dəfə pozub

Yevlaxda elektron xidmətlərlə bağlı məlumatlandırma sessiyası

MN: Ermənistan silahlı bölmələri minaatanlarla atəşkəsi 114 dəfə pozublar

2017-04-23 09:49:49

Qlükoza Bodrumda- FOTOLAR

Deputatlar AŞPA-nın yaz sessiyasına gedir

Cocuq Mərcanlıda altı partlamamış hərbi sursat, iki minaatan mərmisi və raket aşkarlanıb

Azercell-də təcrübə keçmək istəyən tələbələr üçün daha bir imkan

Azərbaycana gətirilən tütün toxumları rüsumdan azad ediləcək

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.