Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

SSRİ, Ermənistan SSR və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platforması qoşulması haqqında bəyanat verib. Ermənistan-Azərbaycan Sülh Platformasından APA-ya verilən məlumata görə, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edilir:
“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəraitində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, mən, Zeynəb Xanlarova bu təşəbbüsə dəstəyimi ifadə edir və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bildirirəm”.

Tarix
16 Fevral [16:25]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bakıda "London taksiləri" rəngini dəyişir - FOTO

Daxili işlər orqanlarında yeni təyinatlar olub

Ekologiya və Təbii Sərvətlər naziri Ağdamda vətəndaşlarla görüşəcək

Bakı-Sumqayıt qatarının gecikmə səbəbi məlum oldu

Qatar 40 dəqiqə gecikmə ilə hərəkət edib

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracın vaxtını açıqladı

2017-03-27 10:23:28

MN: Ermənistanın silahlı bölmələri atəşkəsi 111 dəfə pozub

Bayram günlərində 51 yol qəzası baş verib: 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb

Bakının mərkəzində avtobuslar üçün zolaq çəkildi- FOTO

Canavarlar Zərdabda mal-qaraya hücum edib -7-ni aparıb, 33-nü yaralayıb -FOTOSESSİYA

Prezident İlham Əliyev iki ölkənin səfirlərinin etimadnamələrini qəbul edib

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.