“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi”- VİDEO

14:24 - 16 Fevral 2017 - MAQAZİN

 “CinemaPlus Azerbaijan” kinoteatrında fevralın 18-dən 19-na keçən gecə üç məşhur filmin iştirakı ilə növbəti kinomarafon keçiriləcək. 23:30-dan səhər saat  6:00-dək  qonaqlar üçün “Pazmaniya Şeytanı”, “Niyə o?”  və “Aramızdakı kosmos” filmləri nümayiş olunacaq. 
Seanslar arası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.
Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar. 
Biletin qiyməti: 25 AZN. VIP 40 AZN
Əlavə məlumat: 012 499 89 88 və ya 119
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 


Xəbər xətti