DYP sürücülərə və piyadalara xəbərdarlıq edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. DYP-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar paytaxt sakinlərinə mümkün qədər ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri tövsiyə olunur.
O vurğulayıb ki, sürücülər avtomobillərini tam saz vəziyyətə gətirib idarə etməlidir: "Yəni, şinlər hava təzyiqi normasında olmalı, təkər şinləri mövsümə uyğun olmalıdır. Bundan başqa, sürücülər sürət həddini minumum seçməli, avtomobillərlə ara məsafəsi maksimum saxlanılmalıdır. Avtomobilin hərəkəti və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraiti və yolda sürüşmə yarandığı təqdirdə yol-nəqliyyat hadisəsi baş verərsə, bu qəzanı törədən sürücünü məsuliyyətdən azad etmir. Həmin sürücülərə inzibati protokol tərtib ediləcək. Eyni zamanda, sürücülər dövlət qeydiyyat nömrəsini, o cümlədən ön və arxa işıqlarının görünməsini təmin etmədikdə məsuliyyətə cəlb ediləcək".
V.Əsədov bildirib ki, piyadalar da hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ehtiyatlı olmalıdır: "Qarlı havada da piyadalar nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər".
Qeyd edək ki, hazırda paytaxtın Yasamal rayonu və 3-cü kənar dairəvi yolunda qar asfalt qatının üzərini örtüb. Buna görə də sözügedən yollarda sürət həddi aşağı salınıb.

Tarix
16 Fevral [14:11]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Daxili işlər orqanlarında yeni təyinatlar olub

Ekologiya və Təbii Sərvətlər naziri Ağdamda vətəndaşlarla görüşəcək

Bakı-Sumqayıt qatarının gecikmə səbəbi məlum oldu

Qatar 40 dəqiqə gecikmə ilə hərəkət edib

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracın vaxtını açıqladı

2017-03-27 10:23:28

MN: Ermənistanın silahlı bölmələri atəşkəsi 111 dəfə pozub

Bayram günlərində 51 yol qəzası baş verib: 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb

Bakının mərkəzində avtobuslar üçün zolaq çəkildi- FOTO

Canavarlar Zərdabda mal-qaraya hücum edib -7-ni aparıb, 33-nü yaralayıb -FOTOSESSİYA

Prezident İlham Əliyev iki ölkənin səfirlərinin etimadnamələrini qəbul edib

MN: Ermənilər minaatanlar və iriçaplı pulemyotlarla atəşkəsi 118 dəfə pozublar

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.