Prezident İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.
ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

Tarix
16 Fevral [11:45]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Vəkillər Binəqədidə yanan binaya görə həbs edilən şəxslərə bəraət istədi

Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşib

Tramp administrasiyası Azərbaycana maliyyə yardımını 90 faiz azaldır

"Aztelekom": "Tariflərin azaldılması gözlənilir"

“İdeyanı biznesə çevir – gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması”

Keçmiş nazir yeni vəzifəyə təyin olunub

Din xadimlərinə mükafat və medallar təqdim edilib

QMİ sədrindən dindarlara QADAĞA

Qafqaz Müsəlmanlar İdarəsi Qazilər Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.