ABŞ səfirliyi səfirin Cocuq Mərcanlıya getməməsinə münasibət bildirib

ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Robert Sekutanın Cocuq Mərcanlıya getməməsi məsələsinə münasibət bildirib. Səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Amerika Birləşmiş Ştatlarının səfirliyi yardımlar və yenidənqurma sahəsində ən yüksək səviyyəli təmsilçisini - USAİD təşkilatının Azərbaycandakı direktoru Mikaela Meredisi Cocuq Mərcanlıya göndərib. "Xanım Meredis oraya vəziyyətlə tanış olmaq, vəziyyəti qiymətlindirmək və bizim gələcəkdə nə kimi yardım edə biləcəyimizi müəyyənləşdirmək üçün gedib. 1992-ci ildən bəri Birləşmiş Ştatlar Azərbaycana 1,3 milliard dollar məbləğində yardım edib. Biz daha güclü, sabit, firavan və demokratik Azərbaycanın inkişafı üçün Azərbaycan hökuməti ilə işimizi davam edəcəyik", - səfirlikdə bildiriblər. Qeyd edək ki, fevralın 15-də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın səfirinin səfərdə iştirak etməməsindən təəssüfləndiyini bildirib.

Tarix
16 Fevral [10:07]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Yol kənarında olan obyektlər götürüləcək?

Yol kənarında olan obyektlər götürüləcək?

Ermənilər atəşkəsi 31 dəfə pozub

Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb

Azərbaycan Prezidenti “Azəravtoyol” ASC-nin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb - SİYAHI

Onlar Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif ediliblər

Məhərrəm Əsədova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bu gün ilk çərşənbədir

Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır

Babək rayonunda mis və molibden yataqları aşkarlanıb

Yeni yataqların aşkar olunması geoloji-kəşfiyyat işlərinin həcminin genişləndirilməsi sayəsində mümkün olub

Naxçıvan Dövlət Arxiv İdarəsinə yeni rəis təyin edilib

Bununla bağlı Vasif Talıbov sərəncam imzalayıb

Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb

Q. Əbdüləliyev: "Ətin qiymətinin dəyişməsi kənd təsərrüfatı və istehsal olunan məhsulla əlaqədar deyil" Nazirliyin mətbuat xidmətinin rəhbəri: "Mal ətinin qiymətində artım müşahidə edilmir"

Sabaha olan hava proqnozu açıqlanıb

Nazirlik: Ətraf mühitə tullantılar atan və axıdanlara qarşı 41 min manat ödəmə tətbiq edilib

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 8, məhkəmələrə isə 3 iş göndərilib
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.