Di Mariya və Neymardan 4:0 açıqlaması

PSJ-nin oyunçusu Anxel di Mariya və “Barselona”nın hücumçusu Neymar dünən bu komandalar arasında keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı barədə fikirlərini bildiriblər. Qol.az-ın yaydığı xəbərə görə, PSJ-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra hər iki futbolçu jurnalistlərə açıqlama verib.
Anxel di Mariya: “Bu, xüsusi gün idi.  Öz ad günündə bundan daha gözəl oyun gözləmək olmaz (di Mariya bu matçda 2 qol vurub – red.). Biz oyuna 90 dəqiqə nəzarət etməklə qələbəni tamamilə haqq etdik. Messi, Suares və Neymarı saxlamaq çətin olsa da, bu işin öhdəsindən gəldik.
Məqsədimiz Çempionlar Liqasında birinci olmaqdır. Dünyanın ən güclü klublarından biri ilə çətin görüşdə özümüzü yaxşı tərəfdən göstərdik. Cavab oyununda daha çox iş görməliyik. “Barselona” ilk dəqiqədən hücum edəcək. Amma biz ilk matçdakı kimi oynamalıyıq. O zaman yarımfinala çıxa biləcəyik”.
Neymar: “Bu, “Barselona”nın üslubuna yad olan bir oyun və adımıza yaraşmayan məğlubiyyət idi. Belə yenilgini qəbul etmək olmur. Amma PSJ qələbəyə layiq idi. Onlar əla oynadılar, qapımıza yaxınlaşıb yaxşı qollar vurdular. İndi biz növbəti görüş haqda fikirləşməliyik. Baxaq, 1/4 finala çıxmaq olacaqmı? Bu, çox çətin, hətta mümkünsüz görünür. Amma növbəti mərhələyə çıxacağımızı istisna etmək olmur”.

Tarix
15 Fevral [16:07]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

Firdovsi Umudov: "Heç kəs dövlətimizə yuxarıdan-aşağı baxa bilməz"

Hər birimiz daha diqqətli olmalıyıq ki, baş verə biləcək bu cür təxribatların qarşısını alaq

"Barselona"nın baş məşqçisi postuna o gətirilə bilər

Bu gün Premyer Liqada 19-cu tura yekun vurulacaq

Bakıda Milli Gimnastika Arenasında Dünya Kubokuna start verilib

"Real Madrid"in prezidenti Florentino Peres vəzifəsini tərk etməyə hazırlaşır

Premyer Liqanın sabah keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb

Almeyda: "Bütün rəqiblərə eyni gözlə baxırıq"

Di Mariya və Neymardan 4:0 açıqlaması

2017-02-15 16:07:02

Luis Enrike: "Günahkar axtarırsınızsa, o mənəm"

Biz Messinin topa daha tez-tez qovuşması üçün 4-3-3 sxemini 4-2-3-1-ə dəyişdik
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.