Ana səhifə
24 Sentyabr 2018

İlin ən yaxşı iş adamları

Nüfuzlu “Fortune” jurnalı “Google” şirkətinin baş direktoru Larri Peyci ilin iş adamı seçib. Bu barədə jurnalın rəsmi saytında deyilir.

 

 

Ucnoqta.az xəbər verir ki, reytinqdə ikinci yeri “Apple” şirkətinin rəhbəri Tim Kuk tutub.

Dünya biznesinin liderlər üçlüyünü “Gilead Sciences” əczaçılıq şirkətinin başçısı Con Martin tamamlayır. Onun rəhbərlik etdiyi şirkət “C” hepatitini müalicə edən – ildə 350 min nəfərin öldüyü xəstəlik üçün dərman təqdim edib.

“Fortune” jurnalının versiyası üzrə ilin 50 iş adamı toplusuna ənənəvi olaraq texnologiya sahəsinin bir neçə nümayəndəsi daxil olub. Onuncu pillədə bu yaxınlarda birjaya uğurla çıxan Çinin “Alibaba” internet şirkətinin təsisçisi Cek Ma qərarlaşıb. “Facebook” rəhbəri Mark Sukerberq 13-cü, "Intuit” şirkətinin başçısı Bred Smit 16-cı, “Amazon” şirkətinin baş direktoru Ceff Bezos 25-ci yeri tutub.

Siyahıda həmçinin "Netflix” rəhbəri Rid Xastinqs (37-ci yer), “Microsoft” baş direktoru Satya Nadella (38), “Airbnb” rəhbəri Brayan Çeski (44), “Uber” baş direktoru Trevis Kalanik (48) yer alıb

 

 

(mincom.gov.az)

Tarix
15 Noyabr 2014 [20:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin