AMB 200 mln. manat cəlb edir

15:21 - 15 Fevral 2017 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.AMB-dən "APA-Economics"ə verilən məlumata görə, fevralın 17-də keçiriləcək depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.
Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

Xəbər xətti