Türkiyə Avro-2024-ə ev sahibliyi üçün namizədliyini verdi

13:09 - 15 Fevral 2017 - DÜNYA

Türkiyə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə gənclər və idman naziri Akif Çağatay Kılıç Prezident və Baş nazirin tapşırığı ilə Avro-2024-ə ev sahibliyi etmək üçün müvafiq müraciət etdiklərini bildirib:
"Türkiyə beynəlxalq yarışlara ev sahibliyi edə biləcək gücdədir. 2020-ci il Olimpiya Oyunlarına namizədliyimiz bizə çox şey öyrətdi. Biz bütün təşkilati işləri görə biləcək gücdəyik. Yeni yollarımız, körpülərimiz, hava nəqliyyatımız hazır vəziyyətdədir. Heç bir problem olmayacaq".
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören isə 2018-ə qədər vaxtları olduğunu deyib:
"Çoxlu sayda yeni stadionlar tikmişik. Avro-2024-ə ev sahibliyi üçün çox ölkənin namizəd olacağını gözləmirəm. Ən çox 1-2 rəqibimiz olacaq".

Xəbər xətti