Zaxarova: "Azərbaycanlı həmkarlarımızla Dağlıq Qarabağ mövzusunu müzakirə edəcəyik"

12:35 - 15 Fevral 2017 - SİYASƏT

"Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə məlumat yoxdur". APA-nın verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. "Bu barədə məlumat olan kimi bildirəcəyik", - deyə Rusiya XİN rəsmi nümayəndəsi bildirib.
M. Zaxarova Ermənistan tərəfinin Dağlıq Qarabağda "referendum" planlaşdırması barədə suala da cavab verib: "Dağlıq Qarabağ problemi yaxın vaxtlarda Ermənistan XİN rəhbərinin Moskvaya səfəri zamanı müzakirə olunacaq. Onu da bildirmək istəyirəm ki, qısa müddət ərzində azərbaycanlı həmkarlarımızla da təmas planlaşdırılır. Bu səviyyədə də Dağlıq Qarabağ mövzusu müzakirə olunacaq. Məlum məsələ ilə bağlı reaksiyamızı isə daha sonra bildirəcəyik". 

Xəbər xətti