Ana səhifə
20 Yanvar 2018

Donald Tramp Məxfi Xidmətin başçısını işdən azad edib

ABŞ-ın Məxfi Xidmətinin başçısı Cozef Klensi bu il martın 8-də tutduğu vəzifəni tərk edəcək. “Report” “ABC” telekanalına istinadən xəbər verir ki, ölkə prezidenti Donald Tramp onun tutduğu vəzifədən azad edilməsi barədə fərman imzalayıb. İnformasiyaya əsasən, buna səbəblərdən biri kimi insanların qanunsuz olaraq, Ağ evin ərazisinə daxil olması göstərilir. Məlumata görə, son illər Məxfi Xidmət ciddi tənqidlərə məruz qalıb. Xəbərdə bildirilib ki, qurumun agentlərinin xaricdə, o cümlədən ABŞ prezidentinin başqa dövlətlərə səfəri zamanı yaratdıqları qalmaqallar da xidmətin tənqid olması səbəblərindən biri sayılır. Xatırladaq ki, Cozef Klensidən əvvəl Culiya Pirson Ağ evin bir neçə zalına əli bıçaqlı bir kişinin icazəsiz daxil olması səbəbindən uzaqlaşdırılmışdı.

Tarix
15 Fevral 2017 [10:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ