Ana səhifə
20 Fevral 2018

Bu qız ilə 7 milyon qazanır- FOTOSESSİYA

Hollandiyalı model Dautsen Kruz dünyanın ən çox pul qazanan modellərindəndir.

 

29 yaşlı modelin uğur hekayəsi məktəbi bitirəndən sonra şəklini model agentliyinə göndərməklə başlayıb. Bu, modeli fərqləndirən əsas xüsusiyyət də hesab oluna bilər. Çünki o, nə Keyt Moss, Natalya Vodyanova model agentliyinin təsadüfi kəşfinə, nə də Ruslana Korşunova və Karolina Kurkova kimi fotoqrafların diqqətinə borclu deyil. O, karyerasına özü qərar verib.

Tezliklə Kruz 2005-ci ildə “Vogue” saytı tərəfindən “İlin ən yaxşı modeli” seçilib. Bir il sonra o, “L’Oreal Paris”in siması olub. 2007-ci ildə “Vogue” jurnalının may buraxılışının üz qabığına Hilari Roda, Karolin Trentin, Şanel İman, Lili Donaldson, Saşa Pivovara və digər modellərlə birgə çəkilib. Nüfuzlu jurnal onları supermodellərin yeni nəsli adlandırıb.

 

Kruz “Time”, “Vogue”, “Harper's Bazaar”, “ELLE”, “Marie Claire”, “Glamour” və digər jurnalların da üz qabığına çəkilib. O, həmçinin, “Calvin Klein”, “Dolce & Gabbana”, “Escada”, “GAP”, “Gianfranco Ferré”, “Gucci”, “Guerlain”, “H&M”, “Valentino”, “Versace” brendləri ilə işləyib. Model hazırda “Victoria`s Secret”in mələklərindən biridir.

 

O, dörd il əvvəl musiqiçi Sanneri Ceymslə evlənib. Növbəti il cütlüyün Fillen Coy Qorre adlı oğlanları dünyaya gəlib. Bu ilin 30 iyul tarixində isə Millena Mey Qorre adlı qızları doğulub.

2010-cu ildə “Forbes” jurnalı onu dünyanın ən çox qazanan 15 supermodeli siyahısına salıb.

Kruz sörfinq, yelkən, buzda sürüşmə - bir sözlə, hər növ su idmanını sevir.

2012-ci ildə “Forbes” jurnalı onun ildə 6,9 milyon dollar qazandığını yazıb. (Ailem.az)

Tarix
8 Oktyabr 2014 [12:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ