Dolların bugünkü hərracında tələb təklifi üstələdi

13:24 - 14 Fevral 2017 - İQTİSADİYYAT

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu gün Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərracına 35 mln. dollar məbləğində vəsait çıxarıb. "APA-Economics" öz mənbələrinə istinadən xəbər verir ki, hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb. "Hərracda tələb 37 mln. dollar ətrafında olub", - deyə mənbə bildirib.
 Beləliklə, tələb təklifi təxminən 2 mln. dollar üstələyib.
 Qeyd edək ki, bugünkü hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% möhkəmlənib.

 Əlavə edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7301 səviyyəsində müəyyən edib.

Xəbər xətti