Fəhlə tikintidən yıxılıb öldü

12:26 - 14 Fevral 2017 - HADİSƏ

Biləsuvar sakini bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 13-də Biləsuvar rayonunun Günəşli kənd sakini Rövşən Yaqubov baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Araşdırmalarla onun Biləsuvar şəhərinin Zəhmət küçəsindəki köhnə tikilinin söküntüsü zamanı hündürlükdən yıxılması müəyyən edilib.

Xəbər xətti