Azay Quliyev: “Azərbaycan Fransaya nota verməlidir”

12:19 - 14 Fevral 2017 - SİYASƏT

  “Fransa prezidenti Fransua Ollandın erməni diaspora ilə görüşündə səsləndirdiyi “Xalqlar öz müqəddəratını həll etməlidir” ifadəsi ermənilərin işğalçılıq siyasətinə xidmət edir”. ucnoqta.az-ın “report”a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.
O bildirib ki, bununla bağlı Azərbaycan Fransaya nota verməlidir: “Bu cür hallar dəfələrlə olub. Fransanın münaqişə ilə bağlı sərgilədiyi mövqe həmişə erməniləri dəstəkləmək olub. Bu gün separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə Fransaya etiraz notası göndərilməlidir. Onun daşıdığı mandata uyğun olmadığı qeyd olunmalıdır. Bizim XİN bu məsələyə adekvat cavab verməlidir. Azərbaycan olaraq Fransaya öz etriazımızı bildirməliyik”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, Fransa prezidentinin fikirləri təhrif olunub: “Fransa Prezidentinin çıxışı tam yazılmayıb. Onun dedikləri erməni mətbuatından götürülüb, bu da təhrifdən ibarətdir. Səməd Seyidova göstəriş verdim, bununla bağlı araşdırma apardı, çıxışın tam yazılmaması məlum oldu”.

Xəbər xətti