Ana səhifə
22 Sentyabr 2018

Roberto Mançini Bakıya niyə gəlir?

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “İnter” baş məşqçisini dəyişib.

 

 

Ucnoqta.az” fanat.az-a istinadən xəbər verir ki, Milan klubu Valter Matsarri ilə yollarını ayırıb.

 

Artıq "İnter"in yeni baş məşqçisi də müəyyənləşib. “Qarabağ”ın rəqibini bundan sonra Roberto Mançini çalışdıracaq.

 

Son iş yeri "Qalatasaray" olan Mançini 2004-2008-ci illərdə də "İnter"in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında ardıcıl 3 dəfə İtaliya çempionluğunu, 2 dəfə ölkə kubokunu və 2 dəf Super Kubokunu qazanıb. 49 yaşlı italyan mütəxəssis "İnter" və "Qalatasaray"dan başqa İtaliyanın "Fiorentina", "Latsio" və İngiltərənin "Mançester Siti" klublarını çalışdırıb. Bir neçə gün əvvəl Mançinin AFFA-dan təklif aldığı, amma qəbul etmədiyi barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, “İnter” Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 11-də Bakıda “Qarabağ”la qarşılaşacaq.

Tarix
14 Noyabr 2014 [22:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin