Erməni atəşkəs rejimini 22 dəfə pozub

11:16 - 14 Fevral 2017 - ÖLKƏ İÇİ

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. “Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, - deyə, nazirlikdən bildirilib.

Xəbər xətti