Avtomobil körpüdən aşdı: ana və oğlu xəsarət alıb - Bakıda

11:09 - 14 Fevral 2017 - HADİSƏ

Bakıda avtomobil körpüdən aşıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Vəliyev İsaq Şahvələd oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil, yolun qar bağlamış hissəsində idarəetmədən çıxaraq körpünün üzərindən aşağıya aşıb. Nəticədə İ.Vəliyev və onun anası Sahilə Vəliyeva ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.  Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın dəqiq səbəbləri araşdırılır. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. 

Xəbər xətti