Çində mədəndə partlayış nəticəsində 8 nəfər ölüb

10:57 - 14 Fevral 2017 - HADİSƏ

Çinin cənub-şərqində yerləşən Xunan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 8 mədən fəhləsi ölüb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Çinin İstehsalatda Təhlükəsizliyə Nəzarət Dövlət İdarəsi məlumat yayıb. İnsident gecə Loudi şəhər dairəsinin Lyanyuan qəzasında baş verib. Partlayış zamanı yerin altında 29 mədənçi olub, onlardan 18 nəfəri yuxarı çıxa bilib, 3 nəfər xəsarət alıb. Daha 3 mədən fəhləsinin aqibəti məlum deyil. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Partlayışın səbəbləri araşdırılır.

Xəbər xətti