ABŞ-da təhlükəsizlik səbəbindən 700-ə yaxın insan həbs olunub

10:54 - 14 Fevral 2017 - HADİSƏ

ABŞ-ın immiqrasiya və gömrük polisi (ICE) 75 faizi əcnəbilər olmaqla ölkə üçün təhlükə kəsb edən 680-dən çox insanı həbs edib. Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kellinin bəyanatında bildirilir. "ICE əməkdaşları Los-Anceles, Çikaqo, Atlanta, San-Antonio və Nyu-York ərazilərində ictimai təhlükəsizlik, sərhədlərin təhlükəsizliyi və ölkəmizin immiqrasiya sisteminin bütövlüyü üçün təhlükə yaradan 680-dən çox insanı həbs edib. Onların təqribən 75 faizi əcnəbi cinayətkarlardır", — deyə bəyanatda qeyd olunur. Onun sözlərinə görə, həbslər hüquq-mühafizə orqanlarının ötən həftə bütün ölkə üzrə apardıqları silsilə əməliyyatlar zamanı həyata keçirilib.

Xəbər xətti