Sabaha olan hava proqnozu açıqlanıb

13:08 - 13 Fevral 2017 - ÖLKƏ İÇİ

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var.
Şimal küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə arabir qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər xətti