Avtobus uçuruma yuvarlandı: 2 ölü, 9 yaralı

11:31 - 13 Fevral 2017 - HADİSƏ

Türkiyədə ağır yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Antalyada qeydə alınıb. Belə ki, bank işçilərini daşıyan avtobus Doyran məhəlləsi yaxınlığında uçuruma yuvarlanıb. Hadisə nəticəsində 2 nəfər qəza yerindəcə dünyasını dəyişib. Daha 9 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbləri ilə bağlı məlumat verilmir.

Xəbər xətti