Səməd Seyidov: "Erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri ölkənin öz imicinə zərbə vurur"

18:12 - 11 Fevral 2017 - SİYASƏT

“Fransa Perzidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikir birbaşa Fransada qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır”. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, təəssüflər olsun ki, erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri başa düşmürlər ki, bununla onlar ölkənin öz imicinə böyük zərbə vururlar: “İkincisi isə bilmək lazımdır ki, Fransada prezident seçkiləri heç də Ollandın iştirakı ilə keçməyəcək. Ona görə təəssüflər olsun ki, bu insan bu istiqamətdə çıxışlar edərək daha çox Fransanın özünə problem gətirir, nəinki Azərbaycana”.
S.Seyidov bildirib ki, Minsk qrupunun həmsədr ölkələrindən yalnız Fransa yox, digərləri də bəzən o qədər də obyektiv və düzgün mövqedə dayanmır: “Ancaq biz öz konkret mövqeyimizi ortaya qoymuşuq və bu istiqamətdə danışıqları davam etdirəcəyik”.
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, “Madrid prinsipləri” tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.

Xəbər xətti