Ana səhifə
25 Aprel 2018

"CinemaPlus" rəhbəri: "Gəlin Azərbaycanda kino sənayəsinin inkişafında hər birimiz aktiv rol oynayaq!"

Bu yaxınlarda "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə sosial şəbəkədə maraqlı paylaşım edib. Ucnoqta.az-ın xəbərinə görə, baş direktor Azərbaycan dilinə dublyaj edilmiş məhşur prodüsser Martin Skorzesenin "Pazman Şeytanı" (Qan Bahasına) filmi haqqında yazıb: 
"Mənim əziz dostlarım!
Azərbaycan tamaşaçısının xarici filmlərdən zövq alması üçün biz həmin filmləri azərbaycan dilinə dublyaj etməyə qərara gəldik. Məhz bu səbəbdən, 2016-cı ildə CinemaPlus kinoteatrlar şəbəkəsi nəzdində Cinemazadeh dublyaj studiyası yaradıldı. 
Qısa zamanda xarici peşəkar distribüterlər tərəfindən sertifikatlar alındı, məşhur və istedadlı insanlar, aktyorlar studiyaya dəvət olunaraq bu filmlərin dublyajına başladılar. Hal hazırda Azərbaycan dilində yeni dublyaj olunan məhsulumuz məşhur prodüser Martin Skorsezenin "Pazman Şeytanı" (“Qan bahasına”) filmidir. Film real hadisələr əsasında çəkilib, hansı ki, inanılmaz uğur əhvalatından, inadkarlıq və arzuya çatmaq istəyindən bəhs edilir. Mən hər birimizi CinemaPlus kinoteatrlarında xarici, dünya kino aləmində böyük mükafatlar alan filmləri öz doğma dilimizdə baxmağa çağırıram. Inanıram ki, bu sizin də çox xoşunuza gələcək. Gəlin Azərbaycan dilinə hörmətlə yanaşaq Azərbaycanda kino sənayəsinin, dublyajin inkişafında hər birimiz aktiv rol oynayaq!"

Filmdən qısa parçanı təqdim edirik:

 

Tarix
10 Fevral 2017 [19:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ