Bakıda iki maşının aşdığı dəhşətli qəza kameralarda- VİDEO

16:44 - 10 Fevral 2017 - HADİSƏ

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri ortaya çıxıb. Ucnoqta.az-ın baku.ws-ə istinadən verdiyi xəbərə görə, aydın görünür ki, "Kia Optima" markalı avtomobil Heydər Əliyev prospektində hərəkət edərkən ötmə əməliyyatını düzgün yerinə yetirmir.
Yolun sağında dayanan nasaz avtomobili son anda görən sürücü qəza etməmək üçün sükanı sola burub. Ancaq idarəetməni itirən sürücü "Lexus" markalı avtomobili vurduqdan sonra aşıb. Hadisə ötən ay baş versə də qəzanın görüntüləri bu gün ortaya çıxıb.
Həmin qəzanın görüntülərini təqdim edirik: 

Xəbər xətti