Ana səhifə
16 İyul 2018

Nigar Camal boşanmağından danışdı - VİDEO

“Əvvəllər şəxsi həyatımı gizlədirdim. Azərbaycan dilində çox da yaxşı danışa bilmirdim. Düşünürəm ki, şəxsi həyatı danışmaq, üstə çıxarmaq düz deyil. Bəzən insanlar bu haqda danışmağı xoşlayır, özlərini reklam edirlər. Mən isə nə gizli saxlamağın, nə də çox açıb danışmağın tərəfdarıyam”. Axşam.az-ın məlumatına görə, bu sözləri “Eurovision 2011” qalibi Nigar Camal “Klip+” verilişinə açıqlamasında deyib.
Müğənni həyat yoldaşından ayrılmasının səbəbini açıqlayıb. O bildirib ki, xoşbəxt deyilmiş:

“Son 2 ildir ki, həyatımda sevgi yoxdur. İnsanlar inanmırlar ki, yalan deyir, necə ola bilər ki, sən təksən? Tək olanda özümü daha yaxşı hiss edirəm. Həyat yoldaşımla kitabımız çoxdan bağlanıb. Keçmiş ailədən danışmağı sevmirəm. Bircə onu deyim ki, xoşbəxt qadın heç vaxt boşanmaz. Mənim üçün indi xoşbəxtlik ailəmin – qızlarımın, valideynlərimin yanımda olmasıdır".

N.Camal Türkiyə şou-biznesindən uzaqlaşmağından danışıb:

“Orada müğənnilərə böyük hörmət var. Təəssüf ki, bizdə belə şey yoxdur. Orada çalışmaq mənə maraqlı gəldi. "X factor”un münsifi olandan sonra təklif gəldi, razılaşdım. Amma orada tanınmaq çətindir. Gördüm ki, çox pul itirəcəm. Orada klip çəkdirib, mahnı yazdırmaq bizdəkindən min dəfə bahadır”.

Müğənni "Nigar Camal ikinci dəfə ərə gedər" sualına belə cavab verib:

"Ola bilər. Həyat elədir ki, heç kim gəlcəyi bilmir. İndi uşaqlarımın gələcəyini düşünürəm".

 

Tarix
10 Fevral 2017 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin