Baş verən yol qəzasında sürücü ölüb - Qaradağda

12:22 - 10 Fevral 2017 - HADİSƏ

Ötən axşam saat 21.00 radələrində Ələt qəsəbəsi ərazisində avtomagistralda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az interaz-a istinadən xəbər verir ki, hadisə zamanı "VAZ - 21703" markalı avtomaşının sürücüsü, 1957-ci il təvəllüdlü Neftçala rayon sakini Həbibov Nəriman Salman oğlu dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb. Qəza yerinə Respublika Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.  Təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

Xəbər xətti