Prezident aeroportun anqarında seçildi

11:33 - 9 Fevral 2017 - MARAQLI

Somalinin keçmiş baş naziri Məhəmməd Abdulla Məhəmməd ölkənin prezidenti seçilib. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, prezidenti ölkə parlamentinin üzvləri seçiblər. Yeni seçilmiş prezidentin parlamentarilərin qarşısında andiçmə mərasimi də baş tutub. Qeyd edilir ki, Somalinin yeni seçilmiş prezidentinin ikili vətəndaşlığı var, ABŞ-da təhsil alıb. Bu seçkilərdə ən maraqlısı isə odur ki, seçkilər Somalinin paytaxtı Moqadişuda ən təhlükəsiz yerdə - aeroport ərazisində yerləşən anqarda keçirilib.

Xəbər xətti