Dövlət Avtomobil Nəqliyyatı Xidməti xüsusi blankların alınması üçün tender keçirir

11:21 - 9 Fevral 2017 - ÖLKƏ İÇİ

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2017-ci ildə xarici ölkələrin yükdaşıyıcıları üçün "İcazə" blankları, NNAK kitabçaları, "kvota" icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün "Fərqlənmə nişanları", "Xüsusi fərqlənmə nişanları"nın və sair çap işlərinin satın alınması məqsədilə açıq tender elan edib. Ucnoqta.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, tenderdə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri martın 1-nə qədər, tender təklifini və onun bank təminatını isə martın 10-na qədər DANX-ya (Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanına) təqdim etməlidirlər. Təkliflərə martın 13-ü, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq.

Xəbər xətti