Bütün məktəblər qar fırtınası səbəbindən bağlanıb

11:02 - 9 Fevral 2017 - HADİSƏ

Bu gün ABŞ-ın Nyu-York şəhərinin məktəbləri ölkənin şimal-şərqində baş verəcəyi gözlənilən qar fırtınası səbəbindən işləməyəcək. Bu barədə şəhər rəhbərliyi qərar qəbul edib. "Gözlənilən güclü qar yağması səbəbindən Nyu-Yorkda bütün məktəblər cümə axşamı bağlı olacaq", — deyə şəhər meri Bill De Blazio bildirib. Ölkənin meteoroloji xidmətləri ötən gün Nyu-York, Filadelfiya, Pittsburq, Boston və ABŞ-ın şərq sahilində yerləşən digər şəhərlərə fevralın 9-u axşam qar fırtınasının yaxınlaşacağını məlumat veriblər. Yağıntıların sutka ərzində davam edəcəyi gözlənilir. "weather.com" portalının məlumatına görə, 30 santimetrə qədər qar yağa bilər.

Xəbər xətti