Pis hava şəraiti səbəbindən 2 mindən çox aviareys ləğv edilib

11:00 - 9 Fevral 2017 - HADİSƏ

Amerika aviaşirkətləri ölkənin şimal-şərqində gözlənilən qar fırtınası səbəbindən 2300-ə yaxın aviareysi ləğv ediblər. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, yerli vaxtla 8 fevral, axşam saat 5:20-yə (Bakı vaxtı ilə 9 fevral, saat 02:20) olan vəziyyətə görə, bütün ölkə üzrə 2 min 293 reys ləğv olunub. Hava proqnozlarına görə, fırtına reyslərin Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqtondan uçmasına mane olur.

Xəbər xətti