"Mançester Yunayted" ötən il satılan futbol köynəklərinin sayına görə birinci yeri tutub

10:57 - 9 Fevral 2017 - İDMAN

İngiltərənin "Mançester Yunayted" klubu 2016-cı ildə satılan futbol köynəklərinin sayına görə birinci yeri tutub. "Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb. İngilis klubu ötən il 2 milyon 850 min futbol köynəyi satıb. Siyahıda ikinci və üçüncü yerləri İspaniyanın "Real" və (2 mln. 290) "Barselona" klubları (1 mln. 980) tutub. "Mançester Yunayted" birinci yeri fransalı Pol Poqba və isveçli Zlatan İbrahimoviçin komandaya keçidi sayəsində tuta bilib. Onların adları yazılan futbol köynəkləri satış sayına görə müvafiq olaraq üçüncü və dördüncü pillədədir. Bu göstərici üzrə lider isə "Barselona"nın hücumçusu Lionel Messidir. İkinci yer portuqaliyalı forvard Kriştiano Ronalduya ("Real") aiddir.

Xəbər xətti