Ana səhifə
19 İyul 2018

Əli Əhmədov: "Lapşinin ekstradisiyası Azərbaycanın öz dövlət maraqlarını qorumaq əzmində olduğunu sübut edir"

"2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Azərbaycanın öz dövlət maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir". Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub:
"Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradəsini nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət mapraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq iradəsini ortaya qoyub".

Tarix
8 Fevral 2017 [13:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin