Avtomobildən silah götürüldü - Abşeronda

11:48 - 8 Fevral 2017 - HADİSƏ

Abşeron rayonunda silah aşkarlanıb. Ucnoqta.az xəbər veriri ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini Bəhruz Muxtarovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobilə baxış zamanı oradan "AK-74" markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti