"Priora" aşdı: sürücü ölüb - Goranboyda

11:42 - 8 Fevral 2017 - HADİSƏ

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə fevralın 7-də rayonun Tatarlı kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Mahir Mirzəbəyov idarə etdiyi "Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü M.Mirzəbəyov  hadisə yerində ölüb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbər xətti