Ana səhifə
19 Sentyabr 2018

Daha bir bank elektron arayışla kredit verəcək

“Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) və “Muğanbank” ASC arasında əməkdaşlığa start verilib.

 

 

Ucnoqta.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, bu əməkdaşlığa əsasən artıq “Muğanbank” ASC-nin də müştəriləri “Elektron hökumət” portalı vasitəsilə elektron arayışdan istifadə edə biləcəklər.

Elektron arayışla kredit rəsmiləşdirmək çox asandır: “Bunun üçün müştəri “Elektron hökumət”in internet səhifəsinə (www.e-gov.az) daxil olub “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” linkindən istifadə edərək arayış yarada bilər. Müştəri “Kredit ərizəsi üçün məlumatın göndərilməsi” bölməsində “Muğanbank” seçməklə arayışı onlayn rejimdə göndərməli və ya banka yaxınlaşmaqla bankın filiallarında quraşdırılmış kompüterlər vasitəsilə “Elektron hökumət” portalına daxil olub arayışı rəsmiləşdirərək banka təqdim etməlidir”.

Qeyd edək ki, “Elektron hökumət” portalına sadələşdirilmiş kod-parollardan, elektron imza sertifikatından istifadə etməklə, “ASAN İmza” və portal tərəfindən təklif olunan digər identifikasiya metodları vasitəsilə daxil olmaq mümkündür.

 

Bəhruz

Tarix
14 Noyabr 2014 [17:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin