Aeroportda vertolyot qəzaya uğrayıb: 4 ölü

11:25 - 8 Fevral 2017 - HADİSƏ

Qvatemalada, La Aurora Beynəlxalq Hava Limanında baş vermiş vertolyot qəzası nəticəsində 4 nəfər həlak olub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, vertolyot aeroportun əsas uçuş-enmə zolağı yaxınlığında yerə düşüb. İlkin məlumata görə, təyyarə xüsusi şirkətə məxsus olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Qəza ilə əlaqədar Qvatemalada beynəlxalq reyslər digər aeroportlara yönləndirilib. 

Xəbər xətti